Aprelin 27-də müəllimlər arasında “Nə? Harada? Nə zaman” oyunu üzrə respublika çempionatının final oyunu baş tutub.
2 mərhələdən ibarət olan final turunda iştirakçılara ümumilikdə 40 sual təqdim edilib. İlk 20 suala daha çox düzgün cavab verən 16 komanda ikinci mərhələyə keçid edərək böyük, digər 16 komanda isə kiçik kubok uğrunda mübarizə aparıb.
Qazax-Tovuz Regional Təhsil İdarəsini təmsil edən Şəmkir rayonunun müəllimlərindən ibarət “Bayraktar” komandası kiçik kubok uğrunda gedən mübarizədə II yerə layiq görülüblər.
Qalib komandalar kubok, medal, diplom və hədiyyələrlə təltif ediliblər.
Qeyd edək ki, müəllimlər arasında “Nə? Harada? Nə zaman?” oyunu “Təhsil oyunları platforması” layihəsi çərçivəsində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Kapital Bankın dəstəyi ilə həyata keçirilir.