Aprelin 27-də cari tədris ili üzrə Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin şagirdləri üçün Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının və Respublika Fənn Müsabiqələrinin yarımfinal turu keçirilib.
V, VI və VII sinif şagirdlərinin iştirak etdiyi müsabiqələrdə region üzrə 689 nəfər şagird yarımfinal turunda iştirak edib.
Qeyd edək ki, Respublika Fənn Müsabiqələrinin yarımfinal turu V sinif üzrə Lütfi Zadə adına məntiq olimpiadası, VI sinif üzrə riyaziyyat, informatika, təbiət, VII sinif üzrə isə riyaziyyat, fizika, kimya və biologiya fənni daxil olmaqla 7 fənn üzrə təşkil olunub.
Qeyd edək ki, Respublika Fənn Müsabiqələri Kapital Bank ilə əməkdaşlıq əsasında həyata keçirilir.