Aprelin 29-da Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov Gədəbəy rayonunda təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.
Görüşdə tədrisin mövcud vəziyyəti, şagird nailiyyətlərinin ölçülməsi, şagird potensialının düzgün qiymətləndirilməsi, tədrisin keyfiyyətinin artırılması, təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Vüqar Dadaşov təhsil müəssisələrində sağlam pedaqoji mühitin formalaşdırılması istiqamətində məktəb valideyn münasibətlərinin tənzimlənməsinin, şagirdlərin cəmiyyətə faydalı şəxsiyyət kimi yetişdirilməsinin vacib olduğunu bildirib.
Görüş iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.