22.04.2025

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri kollektivə təqdim olunub

Aprelin 22-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşovu kollektivə təqdim edib.

Eşqi Bağırov yeni təyin olunan idarə müdirini təbrik edib və idarənin gələcək fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüb. O, qarşıda duran əsas vəzifələrə toxunaraq regionda təhsilin keyfiyyətinin yüksəldilməsinin vacibliyini diqqətə çatdırıb.

Bununla yanaşı, idarənin fəaliyyətində şəffaflığın, vətəndaşlar üçün əlçatanlığın təmin olunmasının əsas prioritetlərdən olduğunu vurğulayıb.

Daha sonra Vüqar Dadaşov ona göstərilən etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan hədəflərə çatmaq üçün üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini qeyd edib.


Açar sözlər: