21.04.2025

Məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimləri üçün psixoloqların iştirakı ilə təlimlər davam edir

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimləri üçün psixoloqların iştirakı ilə təlimlər davam edir.

Təlimlərin keçirilməsində əsas məqsəd tərbiyəçi-müəllimlərin nəzəri biliklərini, praktik bacarıqlarını təkmilləşdirmək, onların uşaqlarla ünsiyyətində psixososial inkişafına dəstək olmaqdır.

Məlumat üçün bildiririk ki, yanvar ayından etibarən ümumi təhsil müəssisələrinin psixoloqlarının iştirakı ilə məktəbəqədər təhsil müəssisələrində görüşlər keçirilmiş, məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların psixoloji vəziyyəti təhlil edilmiş, tərbiyəçi-müəllimlərin təlim ehtiyacları öyrənilmiş və keçirilmiş görüşlərin nəticəsinə uyğun olaraq təlimlərin istiqamətləri müəyyən edilmişdir.