Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib.
Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı ilə həyata keçirilən müsabiqədə 5 mərkəzdə ümumillikdə 1201 nəfər şagird iştirak edib.
Qeyd edək ki, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi hər il dünyanın 100-dən çox ölkəsində milyonlarla şagirdin iştirakı ilə təşkil olunur. Uzun illərdir ki, ölkəmizdə keçirilən və “Əylənirik, öyrənirik, həll edirik” prinsipini əsas tutan müsabiqədə şagirdlərə müxtəlif maraqlı, əyləncəli tapşırıqlar təqdim edilir.
Müsabiqənin keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrindən olan riyaziyyat müəllimlərinin hazırladıqları tapşırıqlar vasitəsilə şagirdlərin yaşlarına uyğun sağlam rəqabət mühitində riyazi billiklərinin yoxlanılmasına imkan yaratmaqdan ibarətdir.