14.04.2025

“Zəkaların mübarizəsi” olimpiadasının şahmat turniri keçirilib

Aprelin 14-də “Zəkaların mübarizəsi” olimpiadasının Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə şahmat turniri keçirilib.

“Zəkaların mübarizəsi” olimpiadası çərçivəsində Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə keçirilən şahmat turnirində rayon təhsil sektorlarının 5 komandası mübarizə aparıb.

FIDE qaydaları əsasında keçirilən şahmat turnirində Tovuz rayonunu təmsil edən "Xarıbülbül" komandası xal hesabı ilə digər komandaları üstələyərək qalib olub.

Şahmat turniri regional və respublika mərhələsindən ibarətdir. Hər mərhələ üzrə komanda yarışları FIDE qaydaları əsasında keçirilir. Ən yüksək nəticə göstərmiş komanda regional mərhələnin qalibi sayılır və respublika mərhələsində iştirak etmək hüququ qazanır. Region üzrə qalib olan komanda (rayon və ya şəhər) final mərhələsində həm rayonu, həm də regionu təmsil edir.

Qeyd edək ki, “Zəkaların mübarizəsi” olimpiadası IX-XI sinif şagirdlərinin riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, intellektual oyunlar, mədəniyyət və incəsənət istiqamətləri üzrə bilik və bacarıqlarını yoxlamaq məqsədilə keçirilir.


Açar sözlər: ,