14.04.2025

Sertifikatlaşdırma prosesinə həsr olunmuş görüş keçirilib

Tovuz rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə müəllimlərə dəstək məqsədilə sertifikatlaşdırma prosesinə həsr olunmuş görüş keçirilib.

Tovuz şəhəri Elxan Məmmədov adına tam orta ümumtəhsil məktəbdə təşkil edilən görüşdə 60-dan çox təhsilverən iştirak edib.

Sertifikasiyada uğur edən bir neçə müəllim çıxış edərək ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılmasının əhəmiyyəti barədə danışıb, müəllimlərin sertifikasiya nəticəsinin onların karyera inkişafına və əməyinin stimullaşdırılmasına, təhsilin keyfiyyət göstəricilərinə təsirlərindən danışıblar.

Görüşdə sertifikatlaşdırma prosesi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb, müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdən ibarətdir.


Açar sözlər: