Aprelin 10-dan Qazax-Tovuz Regional Təhsil İdarəsinin rayon təhsil sektorlarının "WhatsApp" xidmətləri fəaliyyətə başlayıb.
"WhatsApp" xidməti iş günləri ərzində səhər saat 09:00-dan axşam saat 18:00-dək fəaliyyət göstərəcək.
"WhatsApp" xidmətinin yaradılmasında əsas məqsəd vətəndaş məmnunluğunu təmin etmək, vətəndaşları maraqlandıran məsələlərə operativ reaksiya vermək, təhsil müəssisələrində sağlam və şəffaf mühit formalaşdırmaqdır.