07.04.2025

9-cu sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada monitorinq keçirilib

Gədəbəy rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin 9-cu siniflərində təhsil alan şagirdlər üçün buraxılış fənləri üzrə mərkəzləşdirilmiş qaydada monitorinq keçirilib.

Monitorinqə 882 nəfər 9-cu sinif şagirdi cəlb edilib. Şagirdlər 180 dəqiqə ərzində tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 sualı cavablandırıblar.

Monitorinqin keçirilməsində məqsəd ümumi təhsil müəssisələrinin 9-cu siniflərində buraxılış imtahanlarına hazırlıq səviyyəsini yoxlamaq və şagirdlərin təlim nəticələrini təhlil etməkdir.


Açar sözlər: ,