Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan təhsilverənlər üçün sertifikatlaşdırma prosesi ilə bağlı məlumatlandırıcı görüşlər davam edir.
Görüşlərdə sertifikatlaşdırma prosesinin mahiyyəti, mərhələləri və məzmunu barədə ətraflı məlumat verilir və müəllimləri maraqlandıran müxtəlif suallar cavablandırılır.