Martın 12-də Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov vətəndaşları qəbul edib.
Keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqaviləsinin müddətinin uzadılması, dərs saatlarının artırılması və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Qeyd edək ki, vətəndaş qəbulunun keçirilməsində əsas məqsəd vətəndaş məmnunluğunu təmin etmək, vətəndaşları maraqlandıran məsələlərə operativ reaksiya vermək, təhsil müəssisələrində sağlam və şəffaf mühit formalaşdırmaqdır.