Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon (şəhər) mərhələsi keçirilir.
Müsabiqədə qiymətləndirmə təqdimatçının mövzularla bağlı dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, şərh etdiyi məsələlərə müxtəlif mövqelərdən yanaşma və öz mövqeyini bildirməsi, mülahizələrini bildirərkən yaradıcılıq səviyyəsi, nitqinin səlisliyi və lüğət ehtiyatının zənginliyi, irəli sürdüyü fikirləri təhlil əsasında faktlarla əsaslandırması və nəticələr çıxarması meyarlarına əsasən aparılır.
Qeyd edək ki, elm və təhsil nazirinin əmrinə əsasən müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqənin əsas məqsədi Ulu Öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.