Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində idman həftəsi yekunlaşıb.
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş idman həftəsi çərçivəsində məktəblilər səhər gimnastikası edib, şagirdlərə idman növləri haqqında geniş məlumatlar verilib, müxtəlif növ idman yarışları keçirilib.
Dərslərdə şagirdlər idmanla məşğul olmağın sağlam həyat tərzinə müsbət təsirləri, həmçinin məktəblərin maddi-texniki bazasının və idman infrastrukturunun möhkəmləndirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən dövlət qayğısı barədə məlumatlandırılıblar.
Məlumat üçün bildiririk ki, 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən idman həftəsi 4-10 mart tarixlərini əhatə edib.
Qeyd edək ki, idman həftəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması və sağlam həyat tərzinin təbliğindən ibarətdir.