Martın 8-də Ağstafa rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə 11-ci sinif şagirdləri ilə görüş keçirilib.
Görüşdə rayon təhsil sektorunun əməkdaşları, məktəb direktorları, müəllimlər, psixoloqlar və 11-ci sinif şagirdləri iştirak ediblər.
Görüşün keçirilməsində məqsəd buraxılış imtahanında iştirak edəcək şagirdlərə motivasiya vermək, onlara psixoloji dəstək verməkdir.