06.03.2025

“Günəşli Şahmat Akademiyası-Ustadların İzində” layihəsi uğurla davam edir

“Günəşli Şahmat Akademiyası-Ustadların İzində” layihəsi uğurla davam edir.

Layihənin məqsədi Şəmkir rayonu Günəşli kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri arasında şahmat idman növünün, zehni təfəkkürün inkişafı, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, pis vərdişlərdən uzaq olmaları, müstəqil düşüncənin formalaşması, ümumtəhsil məktəbləri arasında əməkdaşlıq, vətənpərvər, sağlam əqidəli vətəndaş yetişdirmək, eyni zamanda şahmat oyununun sirlərini şagirdlərə aşılamaqdır.

Layihənin icra müddəti 4 aydır. Bu müddət ərzində təlimçi tərəfindən müxtəlif təlimlər keçiriləcək və yarışlar təşkil olunacaq. Layihənin sonunda şagirdlərdə zehni təfəkkürün inkişafı, özgüvən, qabiliyyət və məğlubiyyət hisslərinin aşılanması, eləcə də sərbəst düşünmə bacarığının inkişaf etdirilməsi kimi mühüm nəticələrin əldə edilməsi gözlənilir.

Xatırladaq ki, layihə Şəmkir rayonu Günəşli kənd tam orta ümumtəhsil məktəbinin direktoru Rövşən Əbilov tərəfindən icra edilir.


Açar sözlər: