Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 40 şagirdi Respublika Fənn Olimpiadalarının final mərhələsinə vəsiqə qazanıb.
Yarımfinal mərhələsində Tovuz rayonu üzrə 10, Ağstafa rayonu üzrə 9, Şəmkir rayonu üzrə 8, Gədəbəy rayonu üzrə 7, Qazax rayonu üzrə 6 şagird yarımfinal mərhələsində uğur qazanaraq finala vəsiqə qazanıb.
Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.