03.03.2025

Ümumtəhsil müəssisələrinin direktorları və tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavinləri ilə görüşlər keçirilib

Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonları üzrə ümumtəhsil müəssisələrinin direktorları və tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavinləri ilə görüşlər keçirilib.

Görüşlər zamanı rayon təhsil sektorları və ümumtəhsil müəssisələrinin

IV siniflər üzrə monitorinq nəticələrinin və IX sinif buraxılış imtahanlari üzrə nəticələrin son 3 illik təhlili, həmçinin 2023-2024-cü tədris ili üzrə VI sinif monitorinq nəticələrin təhlili müzakirə edilib.

Rayon təhsil sektoru və ümumtəhsil müəssisələri üzrə cari tədris ilində müəyyən edilmiş hədəflər ümumtəhsil müəssisələrinin

rəhbərlərinin diqqətinə çatdırılıb.

Cari tədris ili üzrə şagirdlərin olimpiada və müsabiqələrə, həmçinin monitorinq və buraxılış imtahanlarına hazırlığı və iştirakının təmin edilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib.

Tədrisin keyfiyyətinin artırılması istiqamətində müvafiq tövsiyələr və tapşırıqlar verilib, görüş iştirakçılarının təklifləri dinlənilib.


Açar sözlər: