01.03.2025

Ümumdünya Mülki Müdafiə günü münasibətilə tədbir keçirilib

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Şəmkir Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Şəmkir rayonu Əhməd Cəmil adına Zəyəm qəsəbə 1 saylı tam orta məktəbdə Ümumdünya Mülki Müdafiə günü münasibətilə tədbir keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd mülki müdafiə üzrə tədbirlər planının reallığının yoxlanılması, məktəb kollektivinə mülki müdafiə sahəsində müvafiq biliklərin və əməli vərdişlərin aşılanmasından ibarətdir.

Tədbirdə çıxış edənlər məktəblərdə maarifləndirmə məqsədi ilə keçirilən bu cür tədbirlərin əhəmiyyətindən danışıblar.

Tədbirlərin nəzəri hissəsində məktəblərin kollektivinə mülki müdafiənin əsas prinsipləri, fovqəladə hallar və bununla bağlı davranış qaydaları barədə ətraflı məlumat verilib.

Praktiki hissədə isə baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar məktəb kollektivinin təxliyəsi, “zərərçəkmişlərə ilkin yardımın göstərilməsi” və digər əməliyyatlar icra olunub.

Uğurla keçən məşqlərdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.


Açar sözlər: ,