Fevralın 27-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin Təhsilyanı Şurasının iclası keçirilib.
İclasda Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov və şura üzvləri iştirak ediblər.
Təhsilyanı Şuranın iclasında ikinci yarımil üçün təsdiq olunmuş şəbəkə və tarifləşməyə əsasən aparılmış dərs bölgüsünün tədrisi vəziyyəti, ümumtəhsil məktəblərinin IX və XI siniflərində təhsilalanların mərkəzləşdirilmiş imtahanlara hazırlığı, imtahan mərkəzlərində zəruri işlərin görülməsi təhlil edilmiş, təhsil müəssisələrində aparılan yoxlamalar zamanı aşkar olunan nöqsanların aradan qaldırılması və nəzarət tədbirlərinin davam etdirilməsi barədə qərar qəbul edilib.