27.02.2025

“Forest School İnteqrasiyalı Məktəbəqədər Təhsil Xidmətlərinin Təşkili” layihəsi çərçivəsində dərslər davam edir

“Forest School İnteqrasiyalı Məktəbəqədər Təhsil Xidmətlərinin Təşkili” layihəsi çərçivəsində dərslər davam edir.

Layihə çərçivəsində 3-5 yaşlı uşaqlar 6 ay müddətində "Forest School" yanaşması ilə inteqrasiya olunmuş proqrama cəlb olunub.

Layihənin əsas məqsədi "Forest School" yanaşması ilə inteqrasiya olunmuş icma əsaslı məktəbəqədər təhsil sinfi açmaqdır.

Qeyd edək ki, layihə Şəmkir rayonu Qalib Allahverdiyev adına Şiştəpə kənd tam orta ümumtəhsil məktəbində Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Səkinə Zamanova tərəfindən həyata keçirilir.