Fevralın 23-də cari tədris ili üçün fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib.
Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə yarımfinal turu 4 mərkəzdə təşkil edilib. Yarımfinal mərhələsində ümumillikdə 1109 nəfər şagird iştirak edib.
Respublika mərhələsinin yarımfinal turunun nəticələri www.portal.edu.az, www.olimpiada.edu.az saytlarında və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələrində elan olunacaq.
Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.