Fevralın 21-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində uğur qazanan tərbiyəçi-müəllimlərlə görüş keçirilib.
Görüşdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov, idarə əməkdaşları və tərbiyəçi-müəllimlər iştirak ediblər.
Anar Məcidov çıxışında məktəbəqədər təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində uğur qazanan tərbiyəçi-müəllimləri təbrik edib, onlara iş fəaliyyətlərində uğurlar arzulayıb. Sonda qarşılıqlı fikir mübadiləsi aparılıb, tərbiyəçi-müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Məlumat üçün bildiririk ki, tərbiyəçi-müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir.