”Cerebry” layihəsinə yeni qoşulan ümumtəhsil məktəblərinin rəhbərləri və müəllimləri ilə görüş keçirilib.
Marifləndirici görüşdə müəssisə rəhbərlərinə ”Cerebry” layihəsinin məqsədi izah edilib, məktəblərdə platformanın tətbiqi ilə bağlı texniki və metodiki dəstək göstərilib. Həmçinin bu layihənin elmi tədqiqatlarla yanaşı, sağlamlıq, psixologiya və təhsil sahələrində də müsbət təsir göstərmək potensialına malik olduğu vurğulanıb.
Platformanın istifadəsində əsas məqsəd şagirdlərin riyaziyyat və təbiət fənləri üzrə müxtəlif tipli səriştə əsaslı tapşırıqlarla rəqəmsal formada işləmək bacarığının artırılması, məktəbdə öyrəndikləri bilikləri real həyata tətbiqetmə qabiliyyətlərinin inkişaf etdirilməsi və analitik düşüncə tərzlərinin gücləndirilməsidir.
Məlumat üçün bildiririk ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrindən ilk öncə 21, daha sonra 11 olmaqla 31 müəssisə ”Cerebry” layihəsinə qoşulub.