11.02.2025

Mərkəzləşdirilmiş qaydada monitorinq keçirilib

Gədəbəy rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin 4-cü siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada monitorinq keçirilib.

Monitorinqə 730 nəfər 4-cü sinif şagirdi cəlb edilib. Şagirdlər 180 dəqiqə ərzində tədris dili, riyaziyyat və həyat bilgisi fənləri üzrə ümumilikdə 75 sualı cavablandırıblar.

Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.


Açar sözlər: ,