10.02.2025

Şəmkir rayonu Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta ümumtəhsil məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib

Fevralın 10-da Şəmkir rayonu Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta ümumtəhsil məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Anar Məcidov, məktəbin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunduqdan sonra 1176 şagird yerlik sinif otaqları, fizika, kimya, biologiya, texnologiya, informatika, gənclərin ibtidai hərbi hazırlığı otaqları, kitabxana, yeməkxana, akt və idman zalı, inzibati heyət üçün iş otaqları istifadəyə verilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev təhsil işçilərini, məktəbliləri və valideynləri təbrik edərək onlara uğurlar arzulayıb.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov məktəbin kollektivi ilə görüş zamanı onları təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Açar sözlər: