05.02.2025

Anar Məcidov Şəmkir şəhəri 3 nömrəli körpələr evi-uşaq bağçasında kollektivlə görüş keçirib

Fevralın 5-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Anar Məcidov Şəmkir şəhəri 3 nömrəli körpələr evi-uşaq bağçasında kollektivlə görüş keçirib.

Görüşdə idarənin və Şəmkir rayonu üzrə təhsil sektorunun əməkdaşları, məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların psixoloji vəziyyətinin təhlil olunması və tərbiyəçi- müəllimlərin təlim ehtiyaclarının müəyyən edilməsi istiqamətində həyata keçirilən layihəyə cəlb edilmiş psixoloqlar və tərbiyəçi-müəllimlər iştirak ediblər.

Görüş zamanı müzakirələr aparılıb və tövsiyələr verilib. Anar Məcidov məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların sağlam psixoloji inkişafını dəstəkləmək məqsədilə psixoloqların məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmasından və layihənin əhəmiyyətindən danışıb.

Bağçada fəaliyyət göstərən bütün qrupların dərs məşğələlərində iştirak edən Anar Məcidov 3 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şərait və infrastrukturla tanış olub.