Ağstafa rayonu üzrə təhsil sektoru tərəfindən 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlıq səviyyələrini yoxlamaq məqsədilə monitorinq imtahanı təşkil edilib.
İmtahanda şagirdlərə 3 saat ərzində tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə 75 sual təqdim edilib. Mərkəzləşdirilmiş qaydada keçirilən imtahanda 1033 nəfər şagird iştirak edib.