Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələri üzrə informasiya sistemlərində, bu sistemlərdən inteqrasiya olunmuş platformalarda və bütün təhsil pillələri üzrə elektron xidmətlərdə təhsil müəssisələrinin adlarının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiya qərarı ilə təsdiq edilmiş yeni siyahıya uyğunlaşdırılması ilə əlaqədar təlim keçirilib.
Təlimdə İnzibati təşkilat sektorunun baş məsləhətçisi Elnur Məmmədov Kollegiya qərarının icrası ilə bağlı ƏMAS (əmək və məşğulluq alt sistemi) sistemində edilmiş struktur dəyişikliyi, təhsil müəssisələrinin adlarının yeni strukturda formalaşdırılması və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləğində edilmiş dəyişikliklərlə bağlı təqdimatla çıxış edərək, təhsil müəssisələrində çalışan işçilərin elektron əmək müqavilələrində vəzifə maaşlarına müvafiq düzəlişlərin edilməsi, sistemdə olan mövcud çatışmazlıqların necə aradan qaldırılması ilə bağlı məlumat verib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.