Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsində 100 bal toplayan şagirdlərlə görüş keçirilib.
Görüşdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov şagirdləri təbrik edib, onlara növbəti mərhələdə iştirakla bağlı zəruri tövsiyələrini çatdırıb və uğurlar arzulayıb.
Məlumat üçün qeyd edək ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə 3 şagird maksimum nəticə göstərərək 100 bal toplayıb.
Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.