23.01.2025

Ümumi təhsil müəssisələrinin psixoloqları məktəbəqədər təhsil müəssisələrində

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların sağlam psixoloji inkişafını dəstəkləmək məqsədilə psixoloqlarla görüşlərə start verilir.

Görüşlərin keçirilməsində məqsəd məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların psixoloji vəziyyətinin təhlil olunması, zəruri ehtiyacların təmin edilməsi və tərbiyəçi- müəllimlərin təlim ehtiyaclarının müəyyənləşdirilməsidir.