17.01.2025

1119 şagird Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazanıb

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində təhsil alan 1119 şagird Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Belə ki, fənn olimpiadalarının yarımfinal mərhələsinə Gədəbəy rayonu üzrə 137, Qazax rayonu üzrə 195, Ağstafa rayonu üzrə 227, Tovuz rayonu üzrə 251, Şəmkir rayonu üzrə 309 şagird vəsiqə qazanıb.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.


Açar sözlər: ,