18.01.2025

20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş tədbirlər keçirilib

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş tədbirlər keçirilib.

Tədbirlər Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Şagirdlərə 1990-cı ilin 20 Yanvar hadisələrinin baş verdiyi tarixi dövr haqqında ətraflı məlumat verilib, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizə əsl qəhrəmanlıq nümunəsi kimi dəyərləndirilib.

Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Təhsil müəssisələrində xalqımızın milli qürur günü ilə bağlı xüsusi dərslər, həmçinin pedaqoji kollektiv və şagirdlərin Şəhidlər xiyabanına ziyarəti təşkil olunub.


Açar sözlər: ,  ,  ,