Ağstafa Rayon İcra Hakimiyyəti, Ağstafa rayonu üzrə təhsil sektoru və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə Ağstafa rayon ümumtəhsil müəssisələrinin gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri və fiziki tərbiyə müəllimlərinin iştirakı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və suverenlik ili” elan olunmasına həsr edilən intellektual yarış keçirilib.
Yarışda ümumtəhsil məktəbləri üzrə 31 komanda iştirak edib. Yarışın yekununda Ağstafa şəhəri Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin “Zəfər” komandası l, Dağ Kəsəmən kəndi 1 nömrəli tam orta ümumtəhsil məktəbinin “Avey” komandası ll və Muğanlı kənd tam orta ümumtəhsil məktəbinin “Tağlar” komandası isə lll yerə layiq görülüblər.