Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Qazax rayonunda IX sinif şagirdləri arasında buraxılış imtahanına hazırlıq məqsədilə mərkəzləşdirilmiş qaydada monitorinq keçirilib.
Monitorinqin keçirilməsində məqsəd şagirdlərin ilkin nəticələrinin, müvafiq standartlar üzrə bilik və bacarıqlarının hansı səviyyədə formalaşmasının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.
Monitorinqdə Qazax rayonu üzrə seçilmiş 4 ümumtəhsil məktəbindən 312 şagird iştirak edib. Şagirdlər buraxılış fənləri üzrə 85 sualı cavablandırıblar.
Şagirdlərin nəticələri yoxlanıldıqdan sonra təhlillər aparılacaq və müvafiq tədbirlər həyata keçiriləcəkdir.