Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin istiliklə təmin edilməsi və təhlükəsizlik qaydalarına riayət olunması barədə növbəti maarifləndirmə tədbirləri keçirilib.
Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarında keçirilən tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin, Əsaslı Tikinti və Təchizat İdarəsinin (ƏTTİ), FHN-nin nümayəndələri, Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonları üzrə təhsil sektorunun əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri və aidiyyəti üzrə məsul şəxslər iştirak ediblər.
ƏTTİ və FHN-nin nümayəndələri tərəfindən təhsil müəssisələrində təhlükəsizlik qaydalarına riayət olunması barədə fikir mübadiləsi aparılıb, video çarx nümayiş etdirilib və müvafiq tövsiyələr verilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.