Respublika fənn olimpiadaları ümumi təhsil müəssisələrinin 8-11-ci sinifləri arasında Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə xüsusi istedada malik şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, məktəblilərin həmin fənlərə olan maraqlarının artırılması məqsədilə hər il keçirilən elm yarışıdır.
Qeyd edək ki, Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsində Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 5258 şagird iştirak edib.