17.12.2024

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə növbəti müsahibə mərhələsinə start verilir

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifələrinə işə qəbul üzrə müsabiqənin növbəti müsahibə mərhələsinə start verilir.

Müsahibədə iştirak etmək istəyən (2023-cü ildə müsabiqənin test mərhələsində iştirak etmiş və 2022-ci ildə müsabiqəni uğurla keçmiş) namizədlər 17 dekabr 2024-cü il tarixdən 27 dekabr 2024-cü il, saat 23:59-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki:

https://forms.gle/vUZAKGc7Su1id2UE7

Qeydiyyat başa çatdıqdan sonra müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə namizədlərə məlumat veriləcəkdir. Müraciət üçün verilmiş vaxt bitdikdən sonra namizədlərin test imtahanında topladığı bala əsasən müraciət edən namizədlərdən ən yüksək bal toplamış namizəd müsahibəyə dəvət ediləcəkdir. Bu namizəd uyğun olmadığı təqdirdə bal sıralamasına uyğun olaraq növbəti namizəd dəvət ediləcəkdir.

Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə mövcud olan daimi vakant yerlərin siyahısı:

https://drive.google.com/.../1MAP5SCOHUv8cbXOf55x.../view...

Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə mövcud olan müddətli (sosial məzuniyyət yeri) vakant yerlərin siyahısı:

https://drive.google.com/.../1JLhYPWmKC0lbOBkWrdW.../view...