Şəmkir rayonu İsgəndər Aznaurov adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbinin direktor əvəzi, kimya müəllimi Əsgərova Könül Məzahir qızının "Məktəbimizdə Skaut dəstələrinin yaradılması" layihəsinin açılış tədbiri keçirilib.
Tədbirdə Şəmkir rayonu üzrə təhsil sektorunun əməkdaşları, Azərbaycan Skautlar Assosiasiyasının Milli Audit Komitəsinin üzvü, Gəncə-Daşkəsən və Tovuz-Qazax regionları üzrə regional müvəkkili İntiqam Rzayev və ASA üzvləri, layihə rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak edib.
Layihə rəhbəri və eksperti tərəfindən layihənin məqsədi, vəzifələri, görüləcək işlər və əldə olunacaq nəticələr haqqında geniş məlumat verilib.
"Məktəbimizdə Skaut dəstələrinin yaradılması" layihəsinin əsas məqsədi məktəbdə təhsil alan, sosial vəziyyəti aşağı və valideyn himayəsindən məhrum olan şagirdlərin həyatına toxunaraq gələcəyin vətənpərvər, milli və ümumbəşəri dəyərlərə sadiq olan, düzgün qərarlar qəbul edən, özünə güvənən, asanlıqla sosiallaşan, vicdanlı, pis vərdişlərdən uzaq, təbiəti sevən – bir sözlə Skautun bütün dəyərlərini özündə formalaşdıran gəncliyi yetişdirməkdir.