05.12.2024

Təhsil müəssisələrində inklüziv siniflər

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan 4 ümumtəhsil məktəbində 8 inklüziv sinif fəaliyyət göstərir.

Qazax şəhər S.Vurğun adına 2 nömrəli tam orta, Daşsalahlı kənd A.Əmilov adına 1 nömrəli tam orta, Kosalar kənd İ.Şıxlı adına tam orta, Tovuz şəhər N.Tusi adına təbiət və texniki fənlər təmayüllü məktəb-lisey və Tovuz şəhər A.Qasımov adına tam orta məktəblərdə ümumilikdə 10 nəfər şagird inklüziv siniflərdə təhsilə cəlb edilib.

Qeyd edək ki, inklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir.