Şəmkir Rayon İcra Hakimiyyətinin və Şəmkir rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin, Şəmkir rayonu üzrə təhsil sektorunun, Şəmkir Uşaq Reabilitasiya Mərkəzinin əməkdaşları, direktorlar, xüsusi qayğıya ehtiyacı olan şagirdlər və valideynlər iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə bildirilib ki, BMT tərəfindən təsis olunan və dekabrın 3-də bütün dünyada keçirilən Beynəlxalq Əlillər Günü Ulu öndər Heydər Əliyevin müvafiq sərəncamına əsasən 1994-cü ildən Azərbaycanda da hər il qeyd edilir. Ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi, əlillər də daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunurlar, onların bütün problemlərinin həlli üçün zəruri tədbirlər həyata keçirilir.
Tədbir bədii hissə ilə davam edib. Şagirdlərə kiçik hədiyyələr təqdim edilib.