03.12.2024

“İnteraktiv simulyasiyalarin dəstəyilə riyaziyyat fənninin əyləncəli və öyrədici təşkili” layihəsinin açılış mərasimi keçirilib

 

“İnteraktiv simulyasiyalarin dəstəyilə riyaziyyat fənninin əyləncəli və öyrədici təşkili” layihəsinin açılış mərasimi keçirilib.

Tədbirdə Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Tovuzda icra ediləcək layihə çərçivəsində məktəbin riyaziyyat müəllimlərinə PhET platforması ilə işləmək və interaktiv dərs təşkil etmək üçün təlimlər keçiriləcəkdir. Pilot mərhələdə 5 və 6-cı siniflərdən 48 şagird üçün 3 ay ərzində həftədə bir dəfə olmaqla 24 dərs keçiriləcəkdir. Layihənin sonunda "Riyaziyyat gecəsi" təşkil ediləcək və şagirdlər bu müddət ərzində öyrəndiklərini təqdim edəcəklər.

Qeyd edəkq ki, "İnteraktiv simulyasiyaların dəstəyi ilə riyaziyyat fənninin əyləncəli və öyrədici təşkili" adlı layihə Tovuz şəhər N.Tusi adına təbiət və texniki fənlər təmayüllü məktəb-liseydə Səlmi Vəliyeva tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi PhET interaktiv simulyasiya platformasından istifadə edərək riyaziyyat dərslərini daha maraqlı və əyləncəli formada təşkil etməkdir.


Açar sözlər: ,