03.12.2024

Mərkəzləşdirilmiş qaydada monitorinq imtahanı keçirilib

Ağstafa rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin 6-cı sinifləri arasında mərkəzləşdirilmiş qaydada monitorinq imtahanı keçirilib.

İmtahan Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və təbiət fənlərindən olmaqla 75 sualdan ibarət olub.

Mərkəzləşdirilmiş qaydada monitorinq imtahanına Ağstafa rayon ümumtəhsil müəssisələrinin 6-cı siniflərindən 1005 şagird iştirak edib.

Monitorinq imtahanının keçirilməsində əsas məqsəd şagirdlərin ilkin bilik səviyyələrini müəyyən etmək, keyfiyyət göstəricilərini yaxşılaşdırmaq və 6-cı sinif milli qiymətləndirməyə hazırlamaqdır.

Məlumat üçün bildiirk ki, nəticələr məlum olduqdan sonra məktəblərə təqdim ediləcək.


Açar sözlər: ,