Şəmkir rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə ümumtəhsil məktəblərində Respublika Fənn Olimpiadalarına hazırlaşan şagirdlər üçün sınaq imtahanı keçirilib.
Sınaq imtahanında 8, 9,10 və 11-ci siniflər üzrə şagirdlərə Azərbaycan dili və ədəbiyyat, tarix, kimya, fizika, biologiya, coğrafiya və riyaziyyat fənlərindən test sualları təqdim olunub.
Sınaq imtahanının keçirilməsində məqsəd şagirdlərin istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaq, onları Respublika Fənn Olimpiadalarına hazırlamaqdır.