02.12.2024

“Vətənimsən Azərbaycan” adlı müsabiqənin test mərhələsi keçirilib

Dekabrın 1-də ADA Qazax Mərkəzinin təşkilatçılığı ilə Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 9-cu sinifləri arasında “Vətənimsən Azərbaycan” adlı müsabiqənin test mərhələsi keçirilib.

Test mərhələsində şagirdlərə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ana dili və ədəbiyyatı üzrə 15 sual, ümumilikdə 75 sual təqdim edilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycançılıq ruhunda tərbiyə olunması, ölkəmizin tarixi, ana dili və ədəbiyyatı, coğrafiyası, mədəniyyəti sahəsində biliklərini üzə çıxarmaq, həmçinin şagirdlərin komanda şəklində çalışmaq bacarıqlarını artırmaqdır.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 204 şagird iştirk edib.


Açar sözlər: