Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində sağlam həyat tərzi və sağlam qidalanmanın təşviqi üzrə kompleks tədbirlər təşkil edilib.
Monitorinqlər zamanı mövzuya aid danışılıb, istehlakçıların qida məhsulu seçərkən etiket məlumatlarında nəzər yetirməli olduqları əsas məqamlar diqqətə çatdırılıb. Eyni zamanda qidalar, o cümlədən ət və ət məhsulları, balıq məhsulları, yumurta, süd və süd məhsulları, quru meyvələrin saxlanması və istehlakı zamanı vacib olan digər məsələlər müzakirə olunub.
Təhsil müəssisələrinin bufetləri yoxlanılıb, idman dərslərinə nəzarət edilib. Bəzi qeydlər götürülüb və qarşılıqlı müzakirələr aparılıb.