Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində sağlam qidalanmanın təşviqi və təbliği məqsədilə təhsil müəssisələrində müvafiq maarifləndirici təlimlər və müsabiqələr keçirilib.
Təlimlərin keçirilməsində məqsəd sağlam qidanın təbliği, düzgün qidalanmanın qaydaları və sağlam həyat tərzinin öyrədilməsidir.
Qeyd edək ki, sağlam qidalanma uşaqların fiziki və zehni inkişafı üçün vacibdir. Qidalanma vərdişləri onların yalnız fiziki sağlamlığına deyil, eyni zamanda öyrənmə qabiliyyətinə də təsir göstərir.