Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində reproduktiv sağlamlıq mövzusunda maarifləndirici görüşlər keçirilib.
Görüşlərin əsas məqsədi müvafiq istiqamətlər üzrə aktual mövzulara dair məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir.
Belə ki, görüşlərdə yeniyetmə və gənclər təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması, uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində işlərin gücləndirilməsi, erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması barədə məlumatlandırılıb.
Həmçinin uşaq və gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş təbliği, ailələrin, valideynlərin və uşaqların internet resurslarından qaynaqlanan risklər barədə məlumatlandırılması istiqamətində müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.