Noyabrın 26-da Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov Tovuz rayonunda fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.
Görüşdə tədrisin mövcud vəziyyəti, şagird nailiyyətlərinin ölçülməsi, lV, VI siniflər üzrə keçirilən monitorinqlərin nəticələri, şagird potensialının düzgün qiymətləndirilməsi, vətəndaş qəbulu mexanizminin təkmilləşdirilməsi məsələləri barədə danışılıb. Anar Məcidov təhsil müəssisələrində sağlam pedaqoji mühitin formalaşdırılması istiqamətində məktəb-valideyn münasibətlərinin tənzimlənməsinin vacib olduğunu bildirdi.
Görüşün sonunda təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Tovuz rayonuna səfər çərçivəsində müdir müavini Tovuz rayonu üzrə təhsil sektorunun inzibati binasına baxış keçirib, sektor əməkdaşları ilə tanış olub.
Müdir müavini Anar Məcidov eyni zamanda Tovuz rayonu Bozalqanlı kənd Yusif Sadıqov adına tam orta məktəbin infrastrukturu və STEAM mərkəzi ilə də tanış olub.