Noyabrın 23-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin əməkdaşları İlkin Abbasov və Fuad Aslanov tərəfindən Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbin nəticələrinin müzakirəsinə dair görüş təşkil edilib.
Görüşdə məktəbin son 3 illik nəticələri və reytinqi, 2023-2024-cü tədris ilində IX-XI siniflərin buraxılış imtahan nəticələri, IV-VI siniflərdə keçirilmiş Milli Qiymətləndirmənin nəticələri, istedadlı şagirdlərlə işin təşkili və müsabiqələrə hazırlıq, ötən tədris ilinin nəticələrinə əsasən müəllimlərin reytinqi və s. məsələlər müzakirə olunub.
2024-2025-ci tədris ili üzrə məktəbə müəyyən edilmiş hədəflər məktəb rəhbərliyinin və pedaqoji heyətin diqqətinə çatdırılıb. Məktəbdə tədrisin keyfiyyətinin artırılması istiqamətində müvafiq tapşırıqlar verilib.
Sonda məktəbin müəllimlərinin təklifləri dinlənilib, sualları cavablandırılıb.
Qeyd edək ki, məktəb nəticələrinin müzakirəsinə dair görüşlərin digər məktəblərdə də davam etdirilməsi nəzərdə tutulur.